AZ

Ötən ay “biletim.az” portalı üzərindən rekord sayda bilet satılıb

İyun ayında “biletim.az” ilə onlayn bilet satışı 78,149-a çataraq rekord nəticə göstərib.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17% idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32.1%-ə çatıb.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub.

Seçilən
44
operativmedia.az

1Mənbələr