Paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində düzgün ara məsafəsi saxlamayan minik avtomobili və moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bakues.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir.
Qəza nəticəsində polis əməkdaşları hadisə iştirakçılarını yoldan kənarlaşdırıb, sıxlığın qarşısı alınıb.