Azərbaycan Kubokunun qalibi, hazırda UEFA Avropa Liqasında mübarizə aparan "Sabah" klubundan daha bir futbol ayrılıb.

Offsideplus.az xəbər verir ki, Yusif İmanov öz sosial media səhifəsində "bayquşlar"la vidalaşdığını açıqlayıb.

"16 yaşımda bu klubun parçası olmağa başladım və o gündən bəri "Sabah"ın formasını qürurla daşıdım. Bu illər ərzində bir çox oyunlarda iştirak etmək və bu ailənin bir üzvü olmaq mənim üçün böyük təcrübə və dəyərli bir mərhələ oldu. "Sabah"da keçirdiyim illərə görə təşəkkür edir, bütün məşqçilərə, komanda yoldaşlarıma və mənə dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm", - deyə 22 yaşlı qapıçı vurğulayıb.

Futbolçu klubla olan müqaviləni birtərəfli qaydada pozduğunu yazıb.

Qeyd edək ki, Y.İmanov son aylarda əsas heyətdəki yerini itirmişdi. O, "Sabah"da 94 oyun keçirib, 103 qol buraxıb.