AZ

Bu dəfə “Superman” oldu... - Foto

Ağ Evin “X” hesabında ABŞ Prezidenti Donald Trampla bağlı maraqlı paylaşım edilib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, süni intellekt vasitəsilə hazırlanan fotoda ABŞ lideri “Superman” kimi təsvir olunub.

Fotoya isə bu sözlər yazılıb: “Ümidin simvolu. Həqiqət. Ədalət. Amerika yolu. Superman Tramp!”

Qeyd edək ki, bu gün ABŞ-də “Superman: Legacy” filmi kinoteatrlarda təqdim ediləcək.

Xatırladaq ki, may ayında Tramp özünün Roma Papası obrazında təsvir olunduğu foto hazırlayaraq “Truth Social” hesabında paylaşmışdı.


Seçilən
7
3
news24.az

4Mənbələr