AZ

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 %-ə yaxın azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 260,5 milyon kubmetr qaz nəql edilib...

Poliqon-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,4 % azdır.

Hesabat dövrünə qazın nəqlinin 55,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 11 milyard 235,7 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,6 % azdır.

Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Poliqon.info 

Seçilən
11
2
poliqon.info

10Mənbələr