Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Araz Abdullayevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Araz Abdullayev ötən mövsüm 1-ci Liqada "Qaradağ Lökbatan"ın formasını geyinib.
saytlarin hazirlanmasi