Bakı, 11 iyul, AZƏRTAC
Xorvatiya millisinin futbolçusu Borna Sosa karyerasını İngiltərədə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı müdafiəçi “Kristal Pelas”a keçib. Onunla 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Futbolçu son olaraq Niderlandın “Ayaks” komandasında çıxış edib.