AZ

Gəncədə regionun ən böyük idman zallarından biri istifadəyə verilib

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

“Gəncə Qalası” Ticarət Kompleksinin nəzdində  regionun ən böyük, tam təchizatlı idman zallarından biri olan "Qala Fitness" istifadəyə verilib. Bu idman zalı kişilər üçün 3000 kvadratmetr, qadınlar üçün isə 1000 kvadratmetrlik sahəni əhatə edir. Burada idmanla məşğul olmaq üçün bütün zəruri şərait yaradılıb – yüksək keyfiyyətli trenajor avadanlıqları, funksional məşq zonaları və müasir infrastruktur mövcuddur. Hazırda mərkəzdə 15 nəfərlik peşəkar heyət fəaliyyət göstərir.        

“Qala Fitness”in daxilində 25 metr uzunluğunda üzgüçülük hovuzunun və üç növ saunanın tamamlanma işləri davam etdirilir. İdman zalının fəaliyyəti gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, eyni zamanda peşəkar və həvəskar idmançıların hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Açılış mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev iştirak edib.

Hamlet Qasımov XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr