AZ

Şəfiyev: Kalininqrad modeli tam tətbiq oluna bilməz

"Kalininqrad modeli tam bizə uyğun deyil, orda bəzi məsələlər var. Məsələn təhlükəsizlik məsələsi. Bu yola kim nəzarət edəcək bax bu sualdı".

Bunu News365.az- a açıqlamasında Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.

Mərkəz sədri onu da bildirib ki, Kalininqrad modelinin bəzi elementlərindən istifadə etmək mümkündü. Amma bütünlüklə tətbiq yanlışdı.Bizim şərtimiz odur ki, mallarımız maneəsiz Naxçıvana gedib çatsın .İkincisi isə təhlükəsizlik təmin olunsun deyə Fərid Şəfiyev bildirib.

Onu da deyək ki, bu yaxınlarda Nikol Paşinyan verdiyi açıqlamada Zəngəzur yolunun Latviyadan keçən Kalininqrad yolu statusunda olmasına etiraz etmədiklərini dilə gətirmişdi.



Seçilən
21
news365.az

1Mənbələr