Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun legioner həyatı başa çatıb.
O, 2 illik Polşa macərasını yekunlaşdıraraq, vətənə dönüb.
«Neftçi»nin yetirməsi karyerasını Premyer Liqada davam etdirəcək.
29 yaşlı arxa xətt oyunçusu hazırda bir neçə klubla görüşür. «Araz-Naxçıvan», «Turan Tovuz» və «Sabah» onların arasındadır.
Məmmədov 2023/24-cü il mövsümünü «LKS-Lodz»da keçirib. Bu komanda Polşa Ekstraklasasını tərk edəndən sonra o, "Radomyak"ın yolunu tutub.
Di gəl, məşqçilərlə yaşadığı problemlər üzündən bu ilin ilk 5 ayında əsas heyətdəki yerini itirib və yeni müqavilə imzalamayaraq azad agent statusu alıb.
SPORTİNFO.AZ