AZ

Unun ən ucuz və ən baha satıldığı RAYONLAR - SİYAHI

İyulun 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27,3 manat civarında dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
 

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, iyulun 7-də də Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub


Bizim.Media

Seçilən
1
49
bizim.media

10Mənbələr