AZ

Hindistanda ata tennisçi qızını güllələdi - Şok səbəb

Hindistanlı tennisçi Radhika Yadav səhər yeməyi hazırlayarkən atası tərəfindən güllələnib.

HİT.az bu barədə "Times of India" portalına istinadən xəbər verir.

Kişinin qızına kürəyindən 5 dəfə atəş açdığı bildirilir. Bədənə üç güllə dəyib, qız ölümcül xəsarətlər alıb.

Dindirilmə zamanı kişi etiraf edib ki, doğulduğu şəhər sakinlərinin qızının qazancını ələ salması səbəbindən ailədə gərginlik olub. Qonşular güman edirmiş ki, kişi qızının pulu və şöhrəti hesabına dolanır. Bu isə cinayətə səbəb olub.

Samir

Seçilən
6
hit.az

1Mənbələr