AZ

"Sumqayıt legioneriylə vidalaşdı - rəsmi

"Sumqayıt" futbolçusu Silvanus Nimeli ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi ilə forvard arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 26 yaşlı hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, liberiyalı futbolçu ötən ilin yayından "Sumqayıt"ın formasını geyirdi.

Xatırladaq ki, "Sumqayıt" bunadək Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikovla vidalaşıb.

Seçilən
7
1
football-plus.az

2Mənbələr