AZ

Makron masonları aldadıb Böyük Manipulyator

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

39-cu hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

FRANK-MASONLARA TƏRƏF BAXIŞ

Prezidentliyə namizədlik kampaniyasını hazırlayanda, Makron frank-masonları da unutmadı. 2016-cı ilin iyun ayında, o, Parisin 9-cu rayonunda, Cadet küçəsində yerləşən ən məşhur mason lojalarından biri olan Grand Orient de France lojasının Artur-Groussier məbədində təşkil olunan konfransda çıxış edir. Bu konfransdakı masonların çoxu Fransanın siyasi həyatında mühüm rol oynayan sosialistlərdir. Makron bu auditoriyada çox sevdiyi bir mövzu haqqında məruzə edir: “Qloballaşdırma prinsipi tərəqqinin sinonimi ola bilərmi?”. Onun bu çıxışı masonlar tərəfindən gurultulu alqışlarla qarşılanır. Sonrakı aylarda namizəd iki başqa mason lojuna – o cümlədən üzləri arasında xeyli sanballı siyasi şəxsiyyətlər olan Demain lojuna da baş çəkir. Ancaq onu demək düzgün olmaz ki, Makron masonlarla oturub-durur. Əksinə, onun ətrafında masonların sayı o qədər də çox deyil: Jerard Kollomb, Jan-Pol Delovoy, Jan-İv Lö Drian, Rişard Ferrand, Jak Mezar və Fransua Patriat... Vəssalam. Brijit Makron özü də mason şəbəkələri ilə o qədər də tanış deyil. Heç Yelisey sarayının gələcək baş katibi, texnokrat Aleksi Kohlerin də masonlarla əlaqəsi yoxdur. Düzdür, o hərdən kampaniya üzvlərinə məsləhət görür ki, bütün sektorlarla, o cümlədən ənənələrinə, fəlsəfi ideyalarına və Respublikaya olan dəstəklərinə hörmət etdiyimiz masonlarla da iqtisadi sferanın istənilən sahəsində olduğu kimi əlaqə saxlamaq lazımdır...

Ancaq burda da yenə hər şey birdən-birə sürətlənir. Mason qardaşlarından biri Kamiy Desmulanbütün lojlardakı masonları Emmanuel Makronun kampaniyasını tanıyıb qəbul eləməyə çağırır. Grand Orient lojunda, böyük usta Kristof Habas həmkarlarından birinə etiraf edir ki, o, bütün namizədlər arasında Makrona üstünlük verir. Son prezident seçkilərində bu loja – ənənəvi prinsiplərinə sadiq qalaraq – sağçıların bütün namizədlərini (Marin Lö Pen istisna olmaqla) qəbul etmişdi, ancaq heç birinə üstünlük verməmişdi, hamısına qarşı müəyyən bir neytrallıq qoruyub saxlamışdı. Lakin 2017-ci ildə Grand Orient lojunun bu ənənəvi prinsipi baş tutmadı.

Nəyə görə? Birincisi, daxili qeyri-mütəşəkkilliyə görə (masonlardan biri xüsusilə qeyd edir ki, onların kompüteri hakerlər tərəfindən sındırılmışdı); ikincisi, prokurorluğun respublikaçı namizəd Fiyyonla maraqlanmasından narahat olduqlarına görə; üçüncüsü, başqa bir respublikaçı namizədin (Nikola Düpon-Anyan) açıq-aşkar şəkildə ekstremist-sağçılara rəğbət bəslədiyinə görə!

Bundan başqa, digər masonlar prezidentliyə namizəd Jan-Lük Melanşonun da apardığı “solçu populizm” siyasətindən bərk narahatdırlar. Özü mason, üstəlik, dünyəvilik prinsipinin partizanı olsa da, Melanşonun siyasi ideyaları masonların ürəyincə deyil. Qəribə görünsə də, əsasən, sağçıları özündə birləşdirən respublikaçı mason lojlarında – prezidentliyə başqa bir namizədə – Manuel Vallsa daha çox simpatiya olsa da, masonların çoxu, paradoksal olaraq Emmanuel Makronu dəstəkləməyi üstün tutur. Halbuki Makron, nəinki çıxışlarında dünyəvilik prinsipini o qədər də dəstəkləmir, hətt a özünü də dünyəvi saymır. Ona görə də dünyəviliyin partizanı Jan-Lüc Melenşona “islamçı solçu” damğası vurub onu ittiham edən adamların Emmanuel Makronu dəstəkləməyindən heç cürə baş çıxarmaq olmur. Masonların Facebook səhifəsində görürük ki, onlar “populizmi” tənqid etsələr də, nə populist Jan-Lüc Melanşonun adını çəkirlər, nə də millətçi Marin Lö Penin. O da maraqlıdır ki, prezident seçkilərinin birinci turundan on gün əvvəl, masonların hamısı “Respublika müraciəti” adı altında çap etdikləri çağırışa imza atırlar. Bu müraciətdən görünür ki, onlar “milli eqoizmdən və milli mənsubiyyət impulslarından”, eləcə də “bu köhnə prinsiplərin keçmişdə vurduğu zərərlərin” yenidən peyda olmasından narahatdırlar.

Masonlar həmçinin “irqçiliyə, millətçiliyə və başqa millətlərə olan nifrətə” qarşı etiraz səslərini ucaldırlar. Bu müraciət təbii ki, dolayı yolla Xalq Cəbhəsini (Marin Lö Pen) hədəfə alır. La Croix qəzeti vasitəsilə bu müraciətə imza atan masonlardan biri əlavə edir ki: “Biz təkcə Xalq Cəbhəsini hədəfə almırıq, həmçinin sosial hüquqları azaldan başqa hərəkatları, kənar partiyaları da nəzərdə tuturuq”. Ad çəkilməsə də, aydın görünür ki, bu dəfə də LFİ partiyası (Jan-Lüc Melanşonun ekstremist solçu partiyası) açıq şəkildə hədəfdədir. “GO” (Grand Orient) loju belə bir təəssürat yaratdı ki, Makrona səs vermək sanki onların qanındadır”, – deyə bu günlərdə bir mason təəssüflə bizə etiraf etdi. İndi o perioddan söhbət düşəndə, hiss olunur ki, Grand Orient loju, ovaxtkı hərəkətindən xəcalət çəkir. Sən demə, o vaxtlar bəzi Paris lojlarında masonlar işdən sonra şam yeməyinə yığışanda, "Hərəkətdə!" hərəkatına maliyyə yardımı göstərmək üçün pul yığırmışlar... Kampaniyanın sonuna yaxın, Makron masonlara daha tez-tez göz süzdürür – çıxışlarında hər dəfə “sizin dərəcələriniz (lojda) və keyfiyyətləriniz” ifadəsini təkrarlayır.

Seçkilərin ikinci turundakı qələbəsindən sonra verdiyi müsahibələrin birində qeyd edir ki: “Əgər bir qadın və ya bir kişi öz dərəcəsində (lojda) və keyfiyyətində mənim layihələrimdə özünü tapırsa və bu layihələrə qoşulursa, buna ancaq sevinmək lazımdır. Onlar (masonlar) sadəcə olaraq nümayiş etdirirlər ki, mən indiki sistemin qaydalarına əməl etməməkdə, standart yollarla getməməkdə haqlı imişəm...”. Ancaq Makron prezident seçiləndən bir müddət sonra bəzi masonların başına sanki daş düşür, xüsusilə görəndə ki, Makron onların totemini – 1905-ci ildə qəbul olunan dünyəvilik qanununu bir az “tənzimləmək” istəyir. “GO” (Grand Orient) lojunun masonları üçün bu, Makron tərəfindən elan olunmuş bir müharibədir. Beləliklə, Makron ilə masonlar “boşanır”, özü də düşmən kimi.

Makron hiss edəndə ki, küləyin səmti dəyişir, tez lojların nümayəndələrini barışıq üçün Yelisey sarayına dəvət edir. Ancaq bir neçə həftə sonra prezidentin Petan haqqındakı bəyanatları onun üçün, sözün əsl mənasında, ölümcül oldu, – deyə mason advokat Emmanuel Pierrat inamla təsdiq edir. Sosialist meylli masonların Makronun kölgəsini qılınclamalarına baxmayaraq, sağçılar şəbəkəsindən olan masonlar, xüsusən də GLNF (Fransanın Böyük Milli Loju) Sarkozinin dövründə olduğu kimi biznes sahəsində, eləcə də Afrikada at oynadırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
lent.az

1Mənbələr