Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Hansısa vasitəçi olmadan bilavasitə Azərbaycan və Ermənistan tərəfinin apardığı danışıqları çox müsbət qiymətləndirirəm".
Bu fikri Redaktor.az-a millət vəkili Asim Mollazadə ötən gün Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan təkbətək görüşdən danışakən bildirdi.
"Buna böyük zərurət var. Çünki üçüncü tərəf hər zaman öz maraqları ilə prosesə xələl gətirə bilər. Həm Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb, həm də Ermənistan tərəfi də bunu vurğulayıb ki, əslində Əbu-Dabi görüşündə pozitiv irəliləyiş müşahidə olunub. Qərarlar qəbul edilib ki, görüşlər konkret istiqamətlər üzrə mütəxəssislər tərəfindən davam edəcək. Mənə elə gəlir ki, məhz vasitəçi olmadan görüşün keçirilməsi müsbət nəticə verib", - deyə millət vəkili fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.