AZ

"Səbail" ilk transferini reallaşdırdı

Növbəti mövsüm I Liqada çıxış edəcək "Səbail" artıq transfer çalışmalarına başlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu qapıçı mövqeyinə transfer reallaşdırıb. 

Ötən mövsümü "Araz-Naxçıvan"da keçirən və sözügedən komandada "1 nömrə" forması geyinən Vüsal Şabanov karyerasını "Səbail"də davam etdirəcək. 

Əslən Zaqataladan olan 23 yaşlı qapıçı "Araz-Naxçıvan"da cəmi 1 oyuna çıxıb. O, ikinci mərhələdə "Şahdağ Qusar"la matçda (4:0) "çərçivə"ni qoruyub.

Mirağa 

Seçilən
10
1
fanat.az

2Mənbələr