Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirərkən deyib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər. Onun sözlərinə görə, burada "nəzarət" sözü yanlış ifadədir:
"Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Qarşılıqlılıq təmin edilməlidir".
Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın son üç ildəki mövqeyi dəyişməyib. Onun sözlərinə görə, İrəvan hökuməti daim eyni prinsipləri səsləndirib:
"Məqsəd ondan ibarətdir ki, 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulmuş prinsiplərdən imtina etsinlər. Üçtərəfli sazişə görə, Zəngəzur dəhlizinə Rusiya tərəfi nəzarət etməli idi. Ancaq Ermənistan birmənalı bundan imtina edərək, "nəzarət" ifadəsinin yanlış olduğunu deyir. Yanlış da olsa, doğru da olsa Paşinyan bu sənədə qol çəkib. Ona görə də Zəngəzur dəhlizinin açılmasını özündə əks etdirən bəyanat icra olunmalıdır”.
Abutalıb Səmədov: Bir baş nazirin hansısa sənədə imza atıb, öz imzasına sahib çıxmaması qəbuledilməz
Müsahibimiz xatırladıb ki, həmin bəyanatda açıq şəkildə yazılıb ki, Zəngəzur dəhlizində nəqliyyatın və sərnişinlərin maneəsiz hərəkəti təmin olunmalıdır. Başqa kommunikasiyalarla bağlı belə bir tələb olmadığını deyən A.Səmədov qeyd edib ki, söhbət Zəngəzur dəhlizindən gedir:
“Ona görə Ermənistanın "qarşılıqlılıq prinsipini" ortaya atması yanlışdır. Zəngəzur dəhlizində "qarşılılıq" prinsipi gözlənilə bilməz. İrəvan hökuməti isə 3 ildən artıqdır eyni sözləri təkrarlayır”.
Siyasi şərhçi hesab edir ki, Ermənistan ilk növbədə öz imzasına hörmət etməlidir. Onun fikrincə, əks halda Zəngəzur dəhlizinin açılması məsələsi yubana bilər.
“Bir baş nazirin hansısa sənədə imza atıb, öz imzasına sahib çıxmaması qəbuledilməz və risklidir. Çünki həmin baş nazir sabah sülh sazişinə də imza atacaq", - deyə Abutalıb Səmədov əlavə edib.
Aydın Baxış
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.