AZ

Rusiyanın daha bir yüksək rütbəli zabiti öldürüldü

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada daha bir yüksək rütbəli zabit Ukrayna ilə müharibədə həlak olub.  

Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, 155-ci dəniz piyada briqadasının polkovniki Sergey İlyin iyulun 2-də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə endirdiyi zərbə zamanı öldürülüb.

Bu barədə İlyinin doğulduğu Çuvaşiyanın Urmarski bələdiyyə administrasiyası “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, o, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkovla birlikdə öldürülüb.

O, iyulun 10-da doğulduğu Musirmi kəndində dəfn edilib.

Qeyd edək ki, keçən həftə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini general-mayor Mixail Qudkov Kursk vilayətində döyüş əməliyyatları zamanı həlak olub. KİV-in məlumatına görə, o, Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Dəniz Piyadaları Korpusunun səhra qərargahında olub. Hücum nəticəsində briqadanın komanda heyəti də daxil olmaqla, ən azı 10 hərbçi həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
yeniavaz.com

1Mənbələr