AZ

“Supermen Tramp...” – Foto


Ağ Ev ABŞ Prezidenti Donald Trampın “Supermen” obrazında (“DC Comics”in personajıdır) çəkilmiş şəklini yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti “X” sosial şəbək səhifəsində yazı dərc edib.
Bu, süni intellekt tərəfindən yaradılan və Amerika liderini “Supermen” obrazında göstərən fotoşəkildir.
“Ümid simvolu: Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp”, - deyə mətbuat xidməti şəklin özündə və altında qeyd edib.
Qeyd edək ki, may ayında Ağ Ev Trampın Roma Papası obrazında şəklini yerləşdirmişdi. Çox güman ki, neyroşəbəkələrdən istifadə edilməklə yaradılan şəkildə Trampın Papa paltarında qızılı stulda oturduğu əks olunmuşdu. Üstəlik, bu, yeni pontifikin seçilməsinə az qalmış baş vermişdi. Ancaq siyasətçi bu şəklin haradan gəldiyini bilmədiyini qeyd etmişdi.
Aprelin sonunda Tramp zarafatla yeni Papa olmağa hazır olduğunu bildirmişdi.
Seçilən
25
yeniavaz.com

1Mənbələr