AZ

Qubada sahibkara təzyiq edilir...

Quba rayonunda sahibkarlıqla məşğul olan Könül Vəliyeva Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən təzyiqə məruz qaldığını iddia edir.

XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.

K.Vəliyevanin sözlərinə görə, atasının 30 ilə yaxındır işlətdiyi restoranı əsassız şəkildə sökmək istəyirlər:

“Restoranın qanuni sahibi olan atam Əli Vəliyev üçüncü dərəcəli insult keçirib. Xəstəliyinə görə hazırda idarəçiliyə mən və bacım baxırıq. Buna baxmayaraq aylardır basqılara məruz qalırıq”.

Sahibkar iddia edir ki, Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri heç bir hüquqi əsas və səlahiyyət olmadan restorana müdaxilələr edir, obyektin sökülməsinə və ailənin onun üzərindəki nəzarətinin əlindən alınmasına çalışırlar:

“Obyektə daxil olaraq hədə-qorxu gəlirlər. Əsas məqsədləri Ekologiya Nazirliyi və Meşə Təsərrüfatı İdarəsinin razılığı əsasında inşa olunmuş yüngül konstruksiyalı tikintini sökməkdir. Bununla yanaşı, Yerli Meşə İdarəsinə təzyiq göstərilərək restoranla bağlanmış qanuni müqavilənin ləğvi tələb olunub”.



Xəbər 76 dəfə oxunub.
Seçilən
24
2
xezernews.az

3Mənbələr