AZ

Bu şəxslər pensiyaya çıxa bilməyəcək?

Azərbaycanda yaşa görə əmək pensiyası almaq hər kəs üçün mümkün deyil. Yaşa çatmaqla pensiyaya çıxmaq anlayışı artıq təkbaşına yetərli sayılmır.

Bəs pensiyaya çıxmaq üçün hansı şərtlər əsas götürülür?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a danışan vəkil Leyla Bədəlova bildirib ki,hazırkı qanunvericiliyə əsasən, kişilər 65, qadınlar isə 64 yaşında pensiya yaşı həddinə çatmış sayılır:

"Lakin bu yaşa çatmaqla yanaşı, minimum 25 il rəsmi sosial sığorta stajı da tələb olunur. Əgər şəxs bu stajı toplaya bilməyibsə, yaşından asılı olmayaraq pensiya hüququ qazana bilməz.

Xaricdə uzun müddət yaşamış, lakin Azərbaycanda əmək fəaliyyəti göstərməmiş və sosial sığorta ödəməmiş şəxslər də bu hüquqdan kənarda qalırlar".

Onun sözlərinə görə, bu kateqoriyaya aid şəxslər üçün yalnız sosial müavinətlər nəzərdə tutulur ki, bu da əmək pensiyası ilə eyni hüquqi statusa malik deyil:

"Məhz bu baxımdan vaxtında rəsmi işləyərək sığorta stajlarını toplasınlar və pensiya təminatlarını təhlükəyə atmasınlar".


Seçilən
7
2
news24.az

3Mənbələr