Silahlı mübarizəyə son qoyma prosesi çərçivəsində PKK sıralarındakı 30 nəfər silahlarını yandıraraq təslim oldu. Bu hadisə “Terrorsuz Türkiyə” istiqamətində atılan ən önəmli addımlardan biri kimi qiymətləndirilir.
Redaksiya xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, proses beynəlxalq və regional müşahidəçilərin nəzarəti altında, öncədən planlaşdırılmış qaydada həyata keçirilib.
Dünyada ilk olan və bugünədək heç bir örnəyi olmayan bu tədbirə İraq Kürdüstanı administrasiyasından, siyasi partiyalardan və beynəlxalq təşkilatlardan nümayəndələr də qatılıb. Təhlükəsizlik mənbələri bu addımın davamlı sülhə gedən yolda önəmli dönüş nöqtəsi olduğunu bildirirlər.
Sevinc Kərimova







