AZ

Bu il Azərbaycanda ÜDM 1,5% artıb

2025-ci ilin yanvar-iyun aylarında ölkədə 62 milyard 78,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb.

    ÜDM istehsalının 34,9 faizi sənaye, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.

    Əhalinin hər nəfərinə düşən ÜDM 6066,1 manata bərabər olub.

    apa

    Seçilən
    4
    13
    banco.az

    10Mənbələr