AZ

“Araz-Naxçıvan” hansı komandanı 14:0 məğlub edib?

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” dünən ilk yoxlama görüşünə çıxıb. Elmar Baxşıyevin komandası “Bayburtspor”u 14:0 hesabıyla məğlub edib.

Çox maraqlıdı, belə darmadağın olan “Bayburtspor” hansı liqanın təmsilçisidi, ötən mövsümdəki göstəriciləri neəcdi? Komanda ötən mövsüm Türkiyə 3-cü liqasında, yəni 4-cü divizionunda mübarizə aparıb. 30 oyundan sonra 29 xal yığmaqla 16 komanda arasında 14-cü yeri tutub və bu liqada yerini itirib. Qeyd edək ki, 3-cü liqa Türkiyənin sonuncu peşəkar liqasıdı. Bu da o deməkdi ki, “Bayburtspor” gələn mövsüm həvəskarlar arasında mübarizə aparacaq.

Xatırladaq ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə yoxlama oyunu keçirəcək.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
8
1
football-plus.az

2Mənbələr