AZ

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi » AzadMedia.az


11 iyul 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulunu keçirib. Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.

Qəbulda əsasən mənzil və sosial məsələlər ilə bağlı çətinliklər müzakirə olunub. Deputat qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələrin yaradılacağını bildirib.

Elnarə Akimova qeyd edib ki, seçicilərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması və onların dövlət orqanları ilə əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

O, vətəndaşlarla birbaşa ünsiyyətin onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seçilən
0
3
azadmedia.az

10Mənbələr