AZ

İran ABŞ-la danışıqların bərpası üçün şərtlər təqdim edir

Amerika Birləşmiş Ştatları böhranın sülh yolu ilə həllində səmimi maraq göstərməlidir, yalnız bundan sonra İran nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə hazır olacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “Financial Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Tehran hələ də diplomatiyada maraqlıdır, lakin İran tərəfinin gələcək dialoqa şübhə etmək üçün bir sıra tutarlı səbəbləri var. Eyni zamanda, Vaşinqton da bilməlidir ki, onun son həftələrdəki hərəkətləri vəziyyətin dəyişməsinə səbəb olub.

Nazirin vurğuladığı kimi, bir dəfə aldadılan İran indi ikiqat ehtiyatlıdır. İranın cavab tədbirlərinə sadiqliyi zəifliklə qarışdırılmamalıdır, deyə Əraqçi izah edib. O qeyd edib ki, gələcək hücumlar silahlı qüvvələr tərəfindən dəf ediləcək.

Əraqçı bildirib ki, ABŞ prezidentinin “Öncə Amerika” siyasəti “Öncə İsrail” siyasətinə çevrilib. Sülhə gedən yol hörmətli, bərabərhüquqlu dialoqdan ibarət olmalıdır.

Seçilən
18
veteninfo.az

1Mənbələr