Xalq artisti Röya Ayxan illərin unudulmayan hitini – “Kesin Bilgi” mahnısını bu dəfə akustik versiyada təqdim edib.
OLAY yazır ki, söz və musiqisi Gülşenə məxsus bəstə Röyanın güclü vokalı və emosionallığı ilə tamam yeni bir ruha bürünüb.
Akustik versiyanın musiqi rəhbəri Maestro Sezgin Tellaloğludur. Musiqi tərtibatında skripka, violonçel, piano, gitara və digər canlı alətlərin iştirakı mahnının emosional qatını daha da dərinləşdirir.
Klipin rejissoru məşhur Kemal Başbuğdur. Prodakşn rəhbəri Şaban Tokdemir, operator Sezgin Denkçi, montaj və rəng korreksiyası da Kemal Başbuğa məxsusdur. Geyim üzrə stilinq Ləman Süleymana, səs rejissoru isə Ferhat Fidana aiddir.