2006-cı ilin Noyabr ayında Azərbaycanda dövlət qeydiyyatına alınmış "Danone" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 37, Demirchi Tauer, 21-ci mərtəbə ünvanına bildirə bilərlər.
390 min 460 manat nizamnamə kapitalı olan "Danone" MMC-nin qanuni təmsilçisi Xəlilov Natiq Azad oğludur.
Qeyd edək ki, hazırda "Danone" şirkətinin Azərbaycanda tərəfdaşı "Avrora Qrup" şirkətidir.
"Danone", baş ofisi Parisdə yerləşən Fransanın qlobal qida şirkətidir. (Marja)