AZ

Merts Rusiya, ABŞ və Slovakiya liderlərinə müraciət edib

Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın bərpası ilə bağlı keçirilən konfransda Rusiya, ABŞ və Slovakiya liderlərinə müraciət edib...

Poliqon xəbər verir ki, kanslerin çıxışı “DRM News” YouTube kanalında yayımlanıb.

Alman siyasətçinin ilk mesajı Moskvaya və Rusiya prezidenti Vladimir Putinə olub. Mesaj çox qısa və konkret olub:

“Biz təslim olmayacağıq”, deyə Almaniya kansleri vurğulayıb.

Almaniya kansleri ikinci mesajını ABŞ prezidenti Donald Trampa ünvanlayıb. Mesajında Merts Amerika liderindən avropalıların yanında qalmasını istəyib.

“...Bizim maraqlarımız eynidir, biz bu dünyada sabit siyasi nizam üçün çalışırıq”, deyə Merts Trampa ünvanladığı mesajında qeyd edib.

Ən sonda Almaniya kansleri Slovakiyanın baş naziri Robert Fikodan müqaviməti dayandırmağı və Avropa İttifaqı daxilində “18-ci sanksiyalar paketinə yol açmağı” qəti şəkildə xahiş edib.

Qeyd edək ki, Merts iyulun 9-da Ukrayna münaqişəsinin həlli üçün diplomatik vasitələrin tükəndiyini bəyan edib. Eyni zamanda kansler Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləməyə davam edəcəyinə söz verib.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr