AZ

Milyarderlər bu iki ölkəyə sığınır: Onlar ən pis ssenaridə belə sağ qalacaqlar

Dünyaca tanınmış təhlükəsizlik mütəxəssisləri mümkün qlobal nüvə müharibəsi halında yalnız iki bölgənin – Yeni Zelanda və Avstraliyanın nisbətən təhlükəsiz qala biləcəyini açıqlayıblar. Onların sözlərinə görə, belə bir ssenaridə ilk 72 dəqiqədə dünya əhalisinin 60 faizi, yəni təxminən 5 milyard insan həyatını itirə bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı araşdırmaçı jurnalist Annie Jacobsen bu mövzunu son kitabı – “Nuclear War: A Scenario” (Nüvə Müharibəsi: Bir Ssenari) əsərində geniş şəkildə analiz edib.

Jacobsen bildirib ki, kitab dərc olunandan sonra bir sıra milyarderlər Yeni Zelandiyada gizli yeraltı sığınacaqlar inşa etdirməyə başlayıblar. Onun sözlərinə görə, “Onların ilk reaksiyası "İnsanlığı necə xilas edərik?" yox, "Yeni Zelandiyada nə qədər tez çata bilərəm?" oldu.”

Niyə məhz Yeni Zelandiya və Avstraliya?

Jacobsen qeyd edir ki, nüvə silahlarından istifadə olunacağı təqdirdə dünya “nüvə qışı”na daxil olacaq – yəni göy üzü kül və tozla örtüləcək, günəş şüaları yerə çatmayacaq. Bu isə qlobal kənd təsərrüfatının çökməsi, ərzaq zəncirinin dayanması, kütləvi aclıq və miqrasiya dalğaları ilə nəticələnəcək. Lakin bəzi ərazilər bu ssenaridə nisbətən yaşanılabilir qala bilər:

“Avstraliyanın müəyyən hissələri və Yeni Zelandiyada hələ də kənd təsərrüfatını davam etdirə biləcək bölgələr sırasındadır. Amma orada sağ qalanlar ibtidai həyat tərzinə qayıda bilər". 

Dünya milyarderləri niyə bunkerlər tikirlər və fəlakətdən qorunmaq üçün hansı ehtiyat ehtiyatları toplamaq lazımdır?

Milyarderlər özlərini sığortalayır, kəşfiyyatçılar isə ABŞ-dən köçür

Jacobsen əlavə edib ki, bəzi milyarderlər Yeni Zelandiyaya yanacaq doldurmadan çata bilən şəxsi təyyarələrə sahibdir və artıq həmin bölgələrdə sığınacaqlarını hazır vəziyyətə gətiriblər.

Eyni zamanda, sabiq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşı və Hərbi Hava Qüvvələrinin veteranı Andrew Bustamante də təhlükəyə qarşı tədbir gördüyünü açıqlayıb. O, artıq ABŞ-də özünü təhlükəsiz hiss etmədiyini deyərək ailəsini ölkədən kənara köçürmək qərarına gəldiyini bildirib:

“Mən övladlarımı dünyanı tanıyan qlobal vətəndaşlar kimi böyütmək istəyirəm, ABŞ-dən başqa heç nə tanımayan insanlar kimi yox.”

Bustamante əvvəlcə 2030-cu ildə köçməyi planlaşdırsa da, artıq bu tarixi 2026-ya çəkməyə qərar verib.

Gülayə Mecid 

Seçilən
9
unikal.az

1Mənbələr