akı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və ErmənistanRespublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşregionun tarixində yeni bir mərhələnin başlanğıcı kimiqiymətləndirilir. Bu görüş Cənubi Qafqazda davam edən gərginlikfonunda sülhə doğru atılan mühüm və tarixi addım kimidəyərləndirilir.
Bu görüşün diqqətçəkən məqamlarından biri də danışıqlarınməkanıdır. Görüşün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtıƏbu-Dabidə keçirilməsi təsadüfi deyil. Bu seçim həm siyasi, həm dədiplomatik baxımdan xüsusi anlam daşıyır. Əvvəlki illərdəkeçirilmiş görüşlər, əsasən, vasitəçilərin iştirakı ilə Avropaşəhərlərində – Brüssel, Moskva, Vaşinqton kimi siyasi mərkəzlərdəbaş tutmuşdu. Lakin bu dəfə Azərbaycan rəhbərliyi danışıqlarınvasitəçisiz formatda keçirilməsi üçün daha etibarlı və neytralmühit yaratmaq istəyirdi. Əbu-Dabi bu meyarlara tam uyğungəlirdi.
BƏƏ Azərbaycanla uzun illərdir siyasi, iqtisadi və mədənisahələrdə sıx münasibətlərə malik olan dost ölkədir. Əmirliklərdaim Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və heç zamanErmənistan-Azərbaycan münaqişəsində qərəzli mövqe sərgiləməyib. Bubaxımdan, Əbu-Dabidə aparılan danışıqlar Azərbaycan üçün həmdiplomatik rahatlıq, həm də strateji balans imkanı yaratmışdır. BƏƏregionda və beynəlxalq aləmdə balanslı və müstəqil xarici siyasətyürüdən ölkələrdən biridir. Onun vasitəçilikdə maraqlı və ya tərəfkimi çıxış etməməsi, bu danışıqlara əlavə etibar qazandırıb.Əmirliklər nə NATO üzvüdür, nə də KTMT-yə daxil olan ölkədir – buda onu ideoloji cəbhələşmədən kənarda saxlayır.
Son illərdə BƏƏ özünü Yaxın Şərqdə və beynəlxalq aləmdə nüfuzludiplomatik oyunçu kimi göstərir. O, İsrail-Ərəb yaxınlaşması,İranla əlaqələr, Əfqanıstan məsələsi və digər regional problemlərdəvasitəçilik təklifləri ilə çıxış edir. Əbu-Dabinin belə bir görüşəev sahibliyi etməsi onun diplomatik statusunu daha dagücləndirir.
Azərbaycan tərəfindən Əbu-Dabinin danışıqlar məkanı kimiseçilməsi təkcə texniki deyil, həm də siyasi strategiyaməsələsidir. Bu addım göstərir ki, rəsmi Bakı yalnız sülhünməzmununa deyil, həm də onun formasına, şəraitinə və mühitinə ciddiəhəmiyyət verir. Bu seçim həm Ermənistan tərəfinin qəbul edəbiləcəyi neytral bir platformanı təmin etdi, həm də danışıqlarınobyektiv və qərəzsiz şəkildə keçirilməsinə zəmanət verdi.
Bu kontekstdə Əbu-Dabi görüşü regionda uzunmüddətli sülhünqurulması yolunda mühüm mərhələ kimi tarixə düşəcək. Azərbaycanınbu diplomatik uğuru həm siyasi uzaqgörənlik nümunəsi, həm də yenireallıqların düzgün qiymətləndirilməsi baxımından örnəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziriNikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş təkcə görüşünməkanı ilə deyil, həm də formatı ilə regionda diplomatikmünasibətlərdə yeni bir mərhələ açdı. Danışıqların ikitərəfliformatda, yəni vasitəçilərsiz keçirilməsi Azərbaycan tərəfinintəkidi ilə mümkün olub və bu, münaqişənin gələcək həllində yeniyanaşmanın ortaya çıxdığını göstərir.
2020-ci il Vətən müharibəsindən sonra regionda yeni geosiyasireallıqlar yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkləbeynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmasını təmin etdi.Bu uğur ölkəyə danışıqlarda daha güclü və bərabərhüquqlu tərəf kimiçıxış etməyə imkan verdi. Vasitəçilərsiz format bu suverenyanaşmanın təbii davamıdır. Keçmişdə ATƏT-in Minsk Qrupuçərçivəsində və digər platformalarda aparılan danışıqlardavasitəçilər bəzən öz milli və geosiyasi maraqlarına uyğun mövqetutaraq prosesin neytrallığını pozmuşdular. Bu, illərlədanışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Azərbaycanın yenimövqeyi isə ondan ibarətdir ki, konfliktin birbaşa tərəfləri —Azərbaycan və Ermənistan — artıq öz gələcəklərini özləri müəyyənetməlidir.
Bu görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Zəngəzurdəhlizinin açılması olub ki, bu da təkcə Azərbaycan və Ermənistanüçün deyil, bütövlükdə region üçün böyük strateji, iqtisadi vəgeosiyasi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi uzun illərdir ki,Azərbaycan tərəfindən regional əməkdaşlığın açarı kimi təqdimolunur. Dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsashissəsini birləşdirən nəqliyyat və logistika layihəsi olmaqlayanaşı, Ermənistan üçün də iqtisadi imkanlar yaradan birmexanizmdir.
Əsas maneə Ermənistan daxilində bu dəhlizə qarşı olan siyasidairələrin müqavimətidir. Zəngəzur dəhlizi bəziləri tərəfindənsuverenliyə təhdid kimi göstərilsə də, Azərbaycan bu dəhlizin heçbir ölkənin ərazi bütövlüyünə zidd olmadığını, beynəlxalq hüquqaəsaslandığını və qarşılıqlı nəqliyyat təminatını nəzərdə tutduğunudəfələrlə vurğulayıb.
Əbu-Dabidə keçirilən danışıqlar zamanı Zəngəzur dəhliziməsələsinin açıq və ciddi şəkildə müzakirə olunması onu göstərirki, tərəflər artıq praktiki mexanizmlər və təminat formullarıüzərində işləməyə hazırdırlar.
Danışıqlar zamanı Ermənistan tərəfinin Azərbaycanın irəlisürdüyü sülh konsepsiyasını qəbul etməsi, regionda illərlə davamedən gərginlik və qarşıdurmadan sonra yaranan ən ümidverici siyasisiqnallardan biri kimi dəyərləndirilir. Bu konsepsiya təkcə sülhüntəmininə deyil, eyni zamanda, regionun iqtisadi və nəqliyyatbaxımından inteqrasiyasına, sabitliyin möhkəmlənməsinə, xalqdiplomatiyasının təşviqinə və gələcək əməkdaşlığa zəminyaradır.