AZ

Xalq Bank “Fintex Sammit 2025” tədbirində “Bank tərəfdaşı” qismində iştirak etdi

Bakı. Trend:

Xalq Bank 24-25 iyun tarixində Bakıda “Bank və MaliyyəEkosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex vəTəhlükəsizlik” mövzusunda keçirilmiş “FINTEX SAMMIT 2025” tədbirinəsponsorluq edərək “Bank tərəfdaşı” qismində iştirak etdi.

Regionun aparıcı maliyyə tədbirlərindən biri olan sammitçərçivəsində rəqəmsal bankçılıq, fintex layihələri, süni intellektvə kibertəhlükəsizlik kimi aktual mövzular ətrafında müzakirələraparıldı.

Panel müzakirəsində Xalq Bankın Xəzinədarlıq idarəsinindirektoru Fərəc Axundov çıxış edərək investisiya fəaliyyətindərəqəmsallaşma imkanları, innovativ texnologiyaların tətbiqi vəbazar perspektivləri barədə fikirlərini bölüşdü. Spiker, həmçinintədbir iştirakçılarına XalqOnline mobil və internet bankçılıqsistemində istifadəyə veriləcək rəqəmsal investisiya xidmətləribarədə məlumat verdi və Bankın bu istiqamətdə hədəfləri ilə bağlıyenilikləri bölüşdü.

Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının MərkəziBankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasınaəsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinəlisenziya almış ilk bankdır. Artıq Xalq Bank müştəriləri olanfiziki və hüquqi şəxslər XalqOnline sistemi vasitəsilə investisiyaimkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəliçıxış əldə edəcəklər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Seçilən
6
6
az.trend.az

7Mənbələr