AZ

Kiyevin havadan müdafiəsi üçün 6.2 milyon dollar ayrılacaq

Ukraynanın paytaxtı Kiyevin hava sahəsinin mühafizəsi üçün 6.2 milyon dollar həcmində vəsait ayrılacaq.

APA xəbər verir ki, bu barədə paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko özünün “Telegram” hesabında bildirib.

“Bu məbləğ sadəcə hərbi avadanlıq almaq üçün yox, həm də effektiv cavab sistemi yaratmaq üçün istifadə olunacaq”, - Tkaçenko qeyd edib.

Son vaxtlar Rusiyanın Kiyevə kütləvi hücumları ölkə rəsmilərini paytaxtın müdafiəsini gücləndirməyə vadar edib.

Seçilən
3
5
apa.az

6Mənbələr