AZ

Braziliya Amerika mallarına güzgü rüsumları TƏTBİQ EDİR

Braziliya avqustun 1-dən etibarən Amerika mallarına güzgü rüsumları tətbiq edəcək.

İnterpress.az xəbər verir ki, bunu Cənubi Amerika respublikasının rəhbəri Luiz İnasio Lula da Silva yerli “Jornal Nacional” qəzetinə müsahibəsində deyib.

Braziliya avqustun 1-dən etibarən Amerika mallarına güzgü rüsumları tətbiq edəcək, əgər ABŞ administrasiyası həmin tarixə qədər Braziliya mallarına əvvəlcədən elan edilmiş 50%-lik rüsumları ləğv etməsə.

Lula da Silva jurnalistə deyib ki, Braziliya danışıqlar aparmaq istəyir, lakin onun qərarlarına hörmət tələb edir.

“Əgər qərar olmasa (rüsumların ləğvi ilə bağlı – red.), biz avqustun 1-dən qarşılıqlılıq prinsipinə keçəcəyik”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, ABŞ-nin tarif siyasəti BRİCS ölkələrinin qarşılıqlı ticarətdə ABŞ dollarından tez bir zamanda imtina etmək istəyinə töhfə verəcək.

Prezident həmçinin ABŞ prezidenti Donald Trampın ona göndərdiyi məktubun mahiyyətini qəbuledilməz adlandırıb.

Məktubda Tramp keçmiş prezident Jair Bolsonaronun dövlət çevrilişinə cəhd ittihamı ilə məhkəməsi üçün Braziliya rəhbərliyini tənqid edib.

Tramp həmçinin bildirib ki, Braziliyada azad seçki prosesinə hücumlar olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr