AZ

Azər Türk Bankın 30 yaşı tamam oldu

30 il öncə, 1995-ci ildə Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin baş nazirinin  iştirakı ilə Azər Türk Bank dövlət bankının açılış mərasimi baş tutmuşdur.

Yeni iqtisadi islahatların həyata keçirildiyi, ictimai-siyasi sabitliyin yenicə bərqərar olduğu bir zamanda yaranan Azər Türk Bank ixtisaslaşdırılmış bank kimi özünü təqdim və təsdiq etmək yolunda ilk addımlarını atmışdır.

Artıq bu gün yeni texnologiyalardan istifadə, innovativ filialların istifadəyə verilməsi, təmassız ödəniş sistemlərinin tətbiqi və bu istiqamətdə görülən bir çox işlər sayəsində müştərilərə xidmət səviyyəsinin müasir dünyanın meyarlarına uyğunlaşdırılmasına nail olunmuşdur.

Hazırda Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şirvan şəhərlərində Bankın 17 filialı fəaliyyətdədir. Korporativ və KOB müştərilərinə 8 filial xidmət göstərir.

Bank 10 rəqəmsal ofisə malikdir ki, burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Bank özünün ağıllı cihazlardan ibarət şəbəkəsini yaradır və hazırda şəbəkədə 85 ATM, terminal və ADM maşını mövcuddur.

Dövlət bankı Azər Türk Bank özünün fəaliyyəti tarixində ilk dəfə olaraq beynəlxalq reytinqə layiq görülüb.

Belə ki, S&P Global Ratings beynəlxalq reytinq agentliyi Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “B+/B”səviyyəsində qiymətləndirib.

“Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
5
banco.az

6Mənbələr