AZ

Avropa Ukrayna üçün ABŞ dən hücum silahları ala bilər

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin NATO üzrə müttəfiqləri Ukrayna üçün Vaşinqtondan yalnız müdafiə deyil, həm də hücum silahları əldə edə bilərlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" öz mənbələrinə istinadən məlumat yayıb.

"NATO ölkələrinin planlaşdırdığı bu alışlara yalnız hava hücumundan müdafiə vasitələri deyil, həm də hücum xarakterli silahlar daxil ola bilər", - deyə nəşrin mənbəsi bəyan edib.

Bununla yanaşı, digər mənbələr isə nəşrə bildiriblər ki, bu cür sxem (yəni hücum silahlarının alınması) müzakirə olunub, lakin Ukraynaya hücum silahlarının verilməsi məsələsində hələlik yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladığı vaxtdan etibarən Ukraynaya heç bir yeni silah tədarükünü təsdiqləməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
oxu.az

1Mənbələr