Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır.