AZ

Yapı Kredi Bank Azərbaycan ın xalis mənfəəti 11% dən çox artıb

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin birinci yarısında 4 milyon 881 min manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan-ın mənfəəti illik müqayisədə 499 min manat və ya 11,4% artıb.

Hesabata görə, 30 iyun tarixinə bankın aktivlərinin həcmi illik müqayisədə 65 milyon 373 min manat və ya 12,4% artaraq 591 milyon 908 min manata bərabər olub.

Bankın kredit portfeli hesabat dövrü ərzində artım göstərib. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə bankın kredit portfeli 66 milyon 896 min manat (21,1%) artıb və 384 milyon 484 min manat olub.

30 iyun tarixinə bankın depozit portfeli 392 milyon 989 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
banco.az

2Mənbələr