AZ

Lavrov Rubio ilə söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib

Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı, Dövlət Departamentinin rəhbəri Marko Rubio ilə söhbətinin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiyasiyasının forumunda iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirən Rusiya XİN başçısı Rubio ilə danışıqlarının təfərrüatlarını açıqlamayıb.

    “Mən Trampın sözləri ilə cavab vermək istəyirəm: “Mən sizə deyəcəyim budur. Böyük sürprizlər gözləyin". Böyük sürprizləri bilmirəm, amma şərh olunmayan şeylər var", - deyə Lavrov bildirib.

    Onun sözlərinə görə, Rubio ilə görüşdə Ukraynadakı vəziyyət müzakirə edilib və Vladimir Putinin əvvəllər, o cümlədən iyulun 3-də Donald Trampla söhbətində səsləndirdiyi mövqe təsdiqlənib.

    Trampın Moskva və Pekini "bombalamağı" müzakirə etdiyi iddia edilən məlumata münasibət bildirən Lavrov "ciddi məsələləri müzakirə etdik" cavabı verib.

    Seçilən
    1
    4
    bakivaxti.az

    5Mənbələr