AZ

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı YENİLİK

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası hazırlanacaq.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydasını, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğini və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bizim.Media

Seçilən
63
8
bizim.media

10Mənbələr