AZ

Sabah 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 35-39° isti, dağlarda isə gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Seçilən
19
16
unikal.az

10Mənbələr