AZ

Marko Veşoviç: "Qarabağ" həmişə mənim bir parçam olacaq"

"Bu anlar ürəyimdə əbədi qalacaq. Premyer Liqada titullar, avrokuboklarda yaxşı nəticələr əldə etdik".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan monteneqrolu futbolçu Marko Veşoviç sosial şəbəkə hesabında paylaşıb.

Cinah müdafiəçisi Ağdam klubunda unudulmaz dörd il keçirdiyini yazıb: "İlk günlərdən azarkeşlərin dəstəyini hiss edirdim. Bunu heç vaxt unutmayağacam. "Qarabağ" həmişə mənim bir parçam olacaq. Yeni bir səhifə açmaq vaxtıdır. Amma getdiyim yerdə sizi də özümlə aparacağam. Bütün qəlbimlə təşəkkür edirəm".

Qeyd edək ki, 2021-ci ildən "Qarabağ"da forma geyinən 33 yaşlı Marko 2024/2025 mövsümünün sonunda klubdan ayrılıb.

İdman.biz

Seçilən
7
1
idman.biz

2Mənbələr