Demokrat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, imtahan prosesinə ümumilikdə 65 mindən çox müəllim dəvət olunub.
Ötən illərdə olduğu kimi, cari ildə də vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı MİQ üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Müsabiqənin növbəti mərhələsi olan müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Mərhələ barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirilib.
10Mənbələr
-
ayna.azMİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb ( 19182811)
-
ucnoqta.azMİQ-də vakant yerlər seçiminə bu şəxslər buraxılacaq ( 19181947)
-
1news.azMİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb ( 19181860)
-
demokrat.azMİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatdı ( 19181257)
-
redaktor.azMİQ də vakant yerlər seçiminə bu şəxslər buraxılacaq Nazirlik AÇIQLADI ( 19181089)
-
aia.azMİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb ( 19181068)
-
adalet.azMİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb ( 19180984)
-
viral.azMİQ-də vakant yerlər seçiminə bu şəxslər buraxılacaq ( 19180990)
-
redaktor.azMİQ-də vakant yerlər seçiminə bu şəxslər buraxılacaq - Nazirlik AÇIQLADI ( 19180975)
-
reyting.azMüəllimlərin işə qəbulu: test imtahanı mərhələsi başa çatıb ( 19180591)