Cənubi Koreya, Yaponiya və ABŞ B-52 strateji bombardmançı təyyarəsi və müttəfiq qırıcı təyyarələrinin iştirakı ilə beynəlxalq sularda birgə təlimlər keçirib.
Herbiand.az bildirir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu, 2025-ci ildə Koreya yarımadasında B-52H təyyarəsinin cəlb edildiyi ilk təlimdir. Nazirlik bildirib ki, manevrlər Şimali Koreyadan artan nüvə və raket təhdidləri fonunda çəkindirməni gücləndirmək məqsədi daşıyır.
Bəxtiyar CƏFƏRLİ