AZ

Divandakı ləkələri necə təmizləmək olar? Sadə hiylələr

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qidalanma üzrə mütəxəssislər televizor qarşısında yemək yeməyi tövsiyə etməsələr də, bir çox insan bu qaydaya əməl etmir. Xüsusilə bayramlar və ailəvi süfrələr zamanı bu daha da yayğındır. Nəticədə isə divan və digər yumşaq mebellərdə aradan qaldırılması çətin olan ləkələr əmələ gələ bilər.

Lent.az divanı rahat təmizləmək üçün sadə üsulları təqdim edir:

Ancaq bir neçə sadə üsulla bu problemi həll etmək mümkündür

Təcrübəli evdar qadınların məsləhət gördüyü hiylələr

Limon suyu ilə qarışdırılmış spirtli ammonyak (naşatır spirt)

Bu qarışım hətta yağlı ləkələri belə aradan qaldırmaqda çox təsirlidir. Lakin istifadədən əvvəl qarışımı divanın az görünən bir hissəsində sınamaq tövsiyə olunur, çünki limon suyu parçanın rəngini aça bilər.

Nisbət: 1 hissə limon suyu və 2 hissə spirtli ammonyak.

Hazırlanmış qarışım parça üzərinə çəkilir və ləkə sürtülərək təmizlənir. Kəskin qoxu isə qısa zamanda yox olacaq.

Hidrogen peroksid (perekis) və maye sabun

Bu qarışım da olduqca təsirlidir. Hətta spirtli içkilərdən qalan çətin ləkələrin belə öhdəsindən gəlir.

Nisbət: 1 hissə hidrogen peroksidə 2 hissə maye sabun əlavə olunur və yaxşıca qarışdırılır.

Hazır məhlul ləkənin üzərinə çəkilərək yumşaq fırça və ya parça ilə silinir. Bu üsulların hər ikisi ev şəraitində asanlıqla tətbiq oluna bilər və bahalı təmizləmə xidmətlərinə ehtiyac olmadan divanınızı əvvəlki təmiz görkəminə qaytarmağa kömək edər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr