AZ

Dünyanın ən zəngin insanları günlük nə qədər qazanır?

Dünyanın ən zəngin insanları günlük nə qədər qazanır?

Valyuta.az xəbər verir ki, dünyanın ən zəngin insanları təkcə sərvətləri ilə deyil, gündəlik qazandıqları məbləğlərlə də diqqət çəkirlər. Onların bir gün ərzində əldə etdiyi gəlir, bir çox ölkənin illik büdcəsini belə geridə qoyur. Texnologiya, investisiya və sənaye sahəsindəki uğurları sayəsində bu şəxslər sərvətlərini sürətlə artırırlar.

 Bəs dünyanın ən zəngin insanları gündəlik nə qədər qazanır?

1. Elon Musk- Binance-a görə Elon gündəlik 600 milyon dollar, CoinCodex/Bitrue və Finance Monthly göstəricilərinə görə 65-95 milyon dollar qazanc əldə edir. Yəni onun gündəlik qazancı 65-600 milyon dollar arasında dəyişir. Qeyd edək ki, onun sərvəti toplam 342 milyard dollar dəyərindədir. Tesla, SpaceX, Starlink və X kimi şirkətlərin sahibidir.

2. Mark Zukerberq- Finbold- a görə gündəlik 17 milyon dollar, Watanserb-ə görə 40 milyon dollar qazanc əldə edir. Onun qazancı 17-40 milyon arasında dəyişir. Qeyd edək ki, onu sərvəti toplam 216 milyar dollardır. O, Meta Platforms (əvvəlki adı: Facebook ) şirkətinin qurucusudur.

3. Ceff Bezos- Moneyzine görə gündəlik 26 milyon dollar, European Business Magazine görə 85 milyon dollar qazanc əldə edir. Onun gündəlik qazancı 26-85 milyon dollar arasında dəyişir. Qeyd edək ki, onun toplam sərvəti 215 milyard dollardır. O, Amazon şirkətinin sahibidir.

4. Larri Ellison- Hazırda gündə təxminən 196 milyon dollar qazanır. Bu rəqəm təxminən hesablanmış orta gündəlik sərvət artımıdır və Oracle şirkətindəki səhmlərindən gəlir. Onun toplam sərvəti 192 milyard dollardır.

5. Bernard Arnault & family- Hesablamalara əsasən 27-50 milyon dollar arasında gündəlik qazanc əldə edir. Qazancını LVMH səhmlərindən əldə edir. Toplam sərvəti 178 milyard dollardır.

6. Uorren Baffet- Səhmlərin dəyərinin artımı- 37 milyon, dividend gəlirləri- 16 milyon, qısa müddətli investisiyalar- 38 milyon dollar təşkil edir. Yəni gündəlik toplam qazancı 91 milyon dollardır. Qeyd edək ki, onun toplam sərvəti 154 milyard dollardır. Warren Buffett-in Berkshire Hathaway şirkətinin qurucusudur.

7. Larri Peyc- Larry Page-in gündəlik qazancı səhmlərin qiymətinin dəyişməsindən asılı olaraq 20–40 milyon aralığında dəyişir. Onun toplam sərvəti 144 milyar dollardır. Larry Page-in qazancı əsasən Google şirkətinin (indi Alphabet) şirkətindəki səhmlərinin dəyərinin artımına əsaslanır.

8. Sergey Brin- Sergey Brin gündəlik olaraq təxminən 30 milyon dollar qazanır. Sergey Brin-in qazancı əsasən Alphabet şirkətindəki səhmlərinin dəyərinin artımından və şirkətin dividend gəlirlərindən ibarətdir. Onun sərvəti təxminən 138.3 milyard olaraq qiymətləndirilir .

9. Amansio Orteqa- Gündəlik olaraq təxminən 80.8 milyon ABŞ dolları qazanır. Onun toplam səvəti 124 milyard dollardır. Ortega, dünyaca məşhur Zara, Massimo Dutti, Bershka kimi brendləri idarə edən Inditex şirkətinin təxminən 59% səhmlərinə sahibdir.

10.Stiv Ballmer- gündəlik təxminən 474,000 dollar qazanır.Toplam sərvəti 118 milyard dollar dəyərindədir. Bu gəlir əsasən onun Microsoft şirkətindəki səhmlərinin dəyərinin artımı və dividendlərindən gəlir.

Tənzilə Ağabalayeva

Seçilən
18
2
valyuta.az

3Mənbələr