sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dünən keçirilən avrokubok oyunlarından sonra ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Sport24.az xəbər verir ki, Azərbaycandan bir pillə irəlidə, daha dəqiq desək, 28-ci yerdə qərar tutan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb.
30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə göstərici 0,375-dir.
29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Ötən gün Avropa Liqasında mübarizəyə başlayan "Sabah" I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniya təmsilçisi "Selye"yə məğlub olub - 2:3.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.