AZ

Başakşəhər-ə yeni transfer

Ajans.az haberglobal-a istinadən xəbər verir ki,  Süper Liqa təmsilçisi Başakşəhər, İtaliya klubu Roma-da çıxış edən özbək milli futbolçu Eldor Şomurodovu heyətinə qatıb.30 yaşlı mərkəz hücumçu ilə mövsümün sonuna qədər icarə əsasında müqavilə imzalandığı bildirilib.

Müqavilədə satınalma opsiyasının da yer aldığı qeyd olunub.Roma Eldor Şomurodovu 2021-ci ildə transfer etmişdi və o, bütün turnirlərdə iştirak etdiyi 85 oyunda 13 qol vurub.Özbək futbolçu 2022–2023 mövsümünün ikinci yarısında Speziada, 2023–2024 mövsümündə isə Kalqaridə icarə əsasında çıxış etmişdi.

Seçilən
7
Ajans.az

1Mənbələr