AZ

SEPAH naməlum silahlı dəstələrlə toqquşmada: İranda nə baş verir?

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son iki gündə İranda qəribə hadisələr baş verib.

Tribunainfo.az xəbər verir ki, SEPAH-ın Qüds Qoşunlarının elit qrupları ilə ölkənin müxtəlif bölgələrində silahlı qruplaşmalarla toqquşmalar qeydə alınıb.

Belə ki, belə toqquşmalardan biri Qəzvin şəhəri yaxınlığında baş verib. Həmin hadisə nəticəsində iki SEPAH hərbçisinin öldürüldüyü bildirilir.

Hərçənd rəsmi Tehran bu məlumatı təsdiqləmir. Onlar belə bir hadisənin baş verdiyini inkar edirlər. Lakin sosial şəbəkələrdə atışmanı əks etdirən görüntülər yayılıb.

SEPAH bu toqquşmalardan yalnız ikisini təsdiqləyib. Onlardan biri Çabahar şəhərində qeydə alınıb. Digəri isı Nikşəhrdə baş verib. Hər iki əməliyyatın planlı şəkildə realizə edildiyi deyilir. Əməliyyat zamanı bir neçə terrorçunun öldürüldüyü, ondan çoxunun isə həbs edildiyi deyilir.

Həmin silahlı qruplara gəlincə, onların kimə bağlı olduğu və ya hansı təşkilatı təmsil etdikləri barədə bilgi yoxdur. Əksəriyyət SEPAH-ın toqquşduğu dəstələrin MOSSAD-a bağlı olduğunu düşünür.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr