AZ

Makron: Fələstin dövlətini tanımaq üçün səsimiz birləşməlidir

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makron, “Fələstin dövlətini tanımaq və sülh perspektivi ilə uyğun yeganə yol olan bu siyasi dinamikanı başlatmaq üçün Parisdə, Londonda və digər hər yerdə səslərimizi birləşdirməli olduğumuza inanıram,” dedi.

Xalqcebhesi.az xəbər verir ki, rəsmi səfər üçün getdiyi İngiltərədə Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Makron, Starmer ilə Ukrayna məsələsi ilə yanaşı, Orta Şərqə dair yanaşmalarının da oxşar olduğunu qeyd edib.

Makron bölgədə atəşkəsin təmin edilməsi, sülh yolunun tapılması və İsrailin Qəzzaya hücumlarının dayandırılması çağırışı etdiklərini ifadə edərək belə davam edib:

“Qəzzada atəşkəsin təmin olunması və bütün əsirlərin azad edilməsi üçün birlikdə çağırış etdik. Bu əsirlərin və Qəzzalıların əzabının sona çatması üçün bu dərhal baş verməlidir. Sonu və strategiyası olmayan bir müharibənin davam etməsi bölgə və ortaq təhlükəsizliyimiz üçün ciddi risk yaradır.”

Makron, “Fələstin dövlətini tanımaq və sülh perspektivi ilə uyğun yeganə yol olan bu siyasi dinamikanı başlatmaq üçün Parisdə, Londonda və digər hər yerdə səslərimizi birləşdirməli olduğumuza inanıram,” deyərək, iki dövlətli siyasi həllə inandığını vurğulayıb.

Bu həll yolunun bölgədə təhlükəsizliyin təməlini təşkil edəcəyini bildirən Makron, iki dövlətli həllin eyni zamanda İsrailin qonşuları ilə sülh içində yaşamasını təmin edəcəyini qeyd edib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr